[b]“Qəbələ” – “Qarabağ” finalı olacaq?[/b]
04.05.2016 - 10:24
[b]“Qəbələ” – “Qarabağ” finalı olacaq?[/b]

“Topaz” Azərbaycan kubokunun yarımfinal mərhələsinin II matçların əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru ev sahiblərini şanslı sayır.

 

Belə ki, “Qəbələ” – “Neftçi” qarşılaşmasında əyalət təmsilçisinin qələbəsi 1,70, qonaqların qalib gəlməsi 3,80 əmsalla qiymətləndirilib. İlk oyundakı kimi (1:1) heç-heçənin qeydə alınmasına isə 3,00 əmsal verilib.

 

Birinci görüşdə 4:0 hesabı ilə qalib gələn “Qarabağ” “İnter”lə dueldə yenə favorit göstərilib. Bu səbəbdən də onların ilk qarşılaşmadakı uğuru təkrarlaması 1,35, uduzması 5,60 əmsaldı. Oyunun “sülh”lə başa çatması isə 3,70 əmsalla qiymətləndirilib. 

0