[b]Final mərhələsinin ilk oyunlarının vaxtı dəqiqləşdi[/b]
04.05.2016 - 10:40
[b]Final mərhələsinin ilk oyunlarının vaxtı dəqiqləşdi[/b]

Kişi basketbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin ilk oyunlarının vaxt dəqiqləşib. Apasport.az saytının məlumatına görə, həlledici görüşlərə mayın 7-də start veriləcək.

 

“The Club Port Baku”da öncə meydana 3-cü yer uğrunda matçın iştirakçıları "Baku Oilers"lə "Bakı" çıxacaq. Qarşılaşma saat 11:00-da başlanacaq. Ardınca, saat 12:30-da finalçılar – AzTOP – NTD BK oyunu start götürəcək.

0