[b]“Turnirdə əsas istəyimiz…” - FOTO[/b]
04.05.2016 - 11:38
[b]“Turnirdə əsas istəyimiz…” - FOTO[/b]

“Çətin qrupa düşmüşük. Güclü rəqiblərlə qarşılaşacağıq”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Bosniya və Herseqovina yığmasının baş məşqçisi Sakib Malkoçeviç deyib.

 

Sabah ölkəmizdə start götürəcək U-17-lər arasında Avropa çempionatı öncəsi təşkil edilən mətbuat konfransında fikirlərini bildirən Malkoçeviç komandasının turnirə hazır olduğunu söyləyib: “Elit-raunddan final mərhələsinə vəsiqə qazanmaq üçün də çətin yol keçmişik. Bu turnirdə əsas istəyimiz oyunçularımızla birlikdə uğurlu nəticə göstərməklə yanaşı, turnirin bizə yaşatdığı təcrübəni dadmaqdı. İstəyirik ki, öz oyunumuzu yaxşı tərəfdən göstərək və turnirin ab-havasından həzz alaq”.

 

Qeyd edək ki, Almaniya, Avstriya və Ukrayna ilə birlikdə B qrupunda yer alan bosniyalılar ilk görüşlərini sabah Avstriyaya qarşı keçirəcəklər.

 

0