[b]“Bəxtimiz gətirdi” – Vəli Qasımov[/b]
04.05.2016 - 20:12
[b]“Bəxtimiz gətirdi” – Vəli Qasımov[/b]

“Azarkeşlərə təşəkkür edirəm. Bizə dəstək oldular. Çətin də olsa, istəyimizə nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.

 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında səfərdə “Qəbələ” ilə 1:1 hesablı bərabərliyə razılaşan və penalti zərbələri nəticəsində finala yüksələn paytaxt klubunun çalışdırıcısı fikirlərini bölüşüb: “Bəxtimiz gətirdi. Final isə bir oyundan ibarətdi. Nəyimiz var, ortaya qoyacağıq. Çalışacağıq, gözəl futbol nümayiş etdirək. Hamı bilir ki, "Qarabağ" güclüdü. Düzü, penaltilər seriyası haqda düşünməmişdik. Buna elə də hazırlaşmamışdıq. Sadəcə, məşqdə bir dəfə buna ehtiyac duymuşduq. “Qəbələ”nin futbolçularının səviyyəsi daha yüksəkdi. Bizim futbolçuların çoxu isə cavandı. Onlara da inanıram. Biz "Qəbələ"ni analiz etmişdik. Çətin olacağını bilirdik".

 

(futbolinfo.az)

0