[b]Qurban Qurbanovun qələbə şərhi[/b]
04.05.2016 - 22:16
[b]Qurban Qurbanovun qələbə şərhi[/b]

“Komandamı, futbolçularımı, rəhbərliyi və azarkeşlərimizi final mərhələsinə vəsiqə qazanmağımız münasibətiylə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “İnter”i 1:0 hesabı ilə məğlub edərək (ilk oyun 4:0) finala adlayan ağdamlıların çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb: “Minimum məqsədimiz finala vəsiqə qazanmaq idi. Stadionun rəhbərliyinə təşəkkür edirəm. Sağ olsunlar bizə belə bir şərait yaratdılar. Mayın 11-də "Qəbələ" ilə matçı da bu stadionda keçirəcəyik. Qarşıda çempionat oyunlarımız var, həmin qarşılaşmalara hazırlaşmalıyıq”.

 

(klub saytı)

0