Bir dövr daha qapanır: Dünya çempionu futbolla vidalaşır
05.05.2016 - 00:07
Bir dövr daha qapanır: Dünya çempionu futbolla vidalaşır

"Verona"nın hücumçusu Luka Toni karyerasını bitirir. Apasport.az saytının məlumatına görə, bu barədə 38 yaşlı forvard özü "Football İtalia" nəşrinə açıqlamasında danışıb.

 

O, İtaliya A seriyasının "Yuventus"a qarşı oyunundan sonra karyerasını bitirəcəyini deyib: "Bu barədə çox düşündüm və sonda karyeramı bitirməyin vaxtının gəldiyi qənaətinə gəldim. Bu, çox çətin qərardı. Ancaq başqa yol yoxdu. "Yuventus"la oyundan sonra futbolçu kimi karyeramı bitirəcəm".

 

Toni karyerası ərzində "Fiorentina", "Bavariya", "Roma" kimi klubların şərəfini qoruyub. 2004-2009-cu illər aralığında İtaliya millisinin də şərəfini qoruyan Toni, 2006-cı ildə Almaniyada təşkil edilmiş mundialda çempionluq sevinci yaşamışdı.

0