[b]“Avroliqa və Çempionlar Liqasınının finallarını təşkil edə bilərsiniz”[/b]
21.05.2016 - 23:09
[b]“Avroliqa və Çempionlar Liqasınının finallarını təşkil edə bilərsiniz”[/b]

17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final oyunun izləyənlər arasında keçmiş gürcüstanlı futbolçu, hazırda məşqçi kimi fəaliyyət gözləyən Şota Arveladze də var idi. Gürcü mütəxəssis final oyunundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Məni qonaq dəvət eləmişdilər. Final oyunu əla alındı. Düşünürəm ki, çox gözəl bir gün oldu. Belə gözəl təşkilatçılıq bir daha sübut edir ki, AVRO-2020 də çox yüksək səviyyədə keçiriləcək. Üstəlik Avroliqanın və Çempionlar Liqasınının da final oyunlarını təşkil edə bilərsiniz.

 

- Sizi kim dəvət etmişdi?

- Məni və dostlarımı AFFA dəvət edib.

 

- Azərbaycan futbolunu izləyirsinizmi?

- Bu, bizim işimizdir. Hər zaman maraqlanırıq ki, milliniz necə oynayır, “Qarabağ”, “İnter”, “Qəbələ” vədigər klublar necə çıxış edir?

 

- Əgər sizə bizim klublardan nə vaxtsa təklif gəlsə işləyə bilərinizmi?

- Təklif olsa, o zaman bu barədə düşünərik.

 

- Gürcüstan və Azərbaycan futbol federasiyaları arasında əməkdaşlıq yox səviyyəsindədi. Nə millilərin yoldaşlıq oyunları təşkil olunmur, nə klubların, nə də aşağı yaş qrupundan ibarət yığmaların...

- Mənə elə gəlir ki, Azərbaycan və Gürcüstan arasında son 20 ildə təxminən 50 oyun keçirilib. Daha çox 90-cı illərdə olub bu. Düşünmürəm ki, nəsə problem var. Sadəcə ola bilsin ki, belə alınıb. Bizim federasiyada heyət tamam dəyişsə də, xalqlar qonşu və dost xalqlardı. İnanıram ki, əməkdaşlıq davam edəcək.

 

- Gürcüstan və Azərbaycan futbolunun səviyyələrini müqayisə etsək, sizcə kim daha öndədi?

- Mən belə müqayisələrin əleyhinəyəm. Ancaq bu həqiqətdi ki, sizdə maddi və infrastruktur baxımından irəliləyiş var. Lakin heç kimin xətrinə dəyməsin, bizimkilər daha yaxşı futbol oynayırlar.

 

- Bizdə nə çatmır?

- Bizdə pul yoxdur. Piar böyük rol oynayır. Bu turnirlərdə çıxış edənlər sabah Avropanın böyük ölkələrində oynayacaqlar. Məşhur, varlı olacaqlar. Bizim uşaqlar da bunu görsünlər. Futbola dünyada 7 milyard insan baxır. sevir. Futbolun populyarlaşdırılması Azərbaycan futbolunun inkişafına kömək edəcək. Bu Avropa çempionatı təkcə başqalarına yox, sizə də faydalı olsun. Gələcəkdə bu turnirə bizlər də gələk, biz də sizlərin inkişafına görə sevinək

0