Lui Van Qalın son sözləri: Hər şey bitdi!
22.05.2016 - 17:02
Lui Van Qalın son sözləri: Hər şey bitdi!

“Mançester Yunayted” hollandiyalı baş məşqçi Lui Van Qalla yolları ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə “SKY Sports” xəbər yayıb.

 

İngilis həmkarlarımız bildirirlər ki, dünən “qırmızı şeytanlar”la İngiltərə Kubokunu qazanan Van Qal bu gün komandanın qaldığı oteldən ayrılıb.

 

Çıxışda jurnalistlərin əhatəsinə düşən hollandiyalı bütün suallara sadəcə bir cavab verib: Hər şey bitdi!

 

Qeyd edək ki, bir neçə gündü ada mətbuatında təcrübəli mütəxəssisin bazar ertəsi günü komandadan göndəriləcəyi, onun əvəzində isə Joze Mourinyonun gətiriləcəyi xəbərləri yer alırdı.

0