“Bu məsələni müzakirə etməkdə məna görmürəm”
23.05.2016 - 00:07
“Bu məsələni müzakirə etməkdə məna görmürəm”

Almaniyalı hücumçu Miroslav Kloze ona “Latsio” tərəfindən yeni – 2 ilik müqavilə təklif olunması haqda klubun idman direktoru İqli Tarenin fikirlərini təkzib edib. Apasport.az saytının məlumatına görə, o, “Football İtalia”ya açıqlama verib.

 

“Bu məsələni müzakirə etməkdə məna görmürəm. Qısa bir faktı açıqlayım və bu söhbət bağlansın: “Latsio” nə mənə, nə də mənim agentimə hansısa təklif irəli sürməyib” – deyə alman hücumçu bildirib.

 

Qeyd edək ki, 38 yaşlı futbolçu 2011-ci ildən çıxış etdiyi “Latsio”da 171 oyun keçirib və 64 qol vurub. Klozenin Roma təmsilçi ilə müqaviləsi bu mövsümün sonu başa çatır.

0