[b]“İnter” toplanış üçün hansı ölkəni seçdi?[/b]
23.05.2016 - 14:22
[b]“İnter” toplanış üçün hansı ölkəni seçdi?[/b]

Topaz Premyer Liqasının 2015-2016 mövsümünü 4-cü pillədə bitirən “İnter”in yay toplanışını hansı ölkədə keçirəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “bankirlər” Türkiyəyə üz tutacaqlar.

 

Məlumatı əməkdaşımızla söhbətində paytaxt klubunun prezidenti Rəşad Qasımov da təsdiqləyib: “Yay toplanışını Türkiyədə keçirəcəyik. Hansı şəhərə yollanacağımız və toplanışın neçə günlük olacağı isə hələ dəqiqləşməyib. Təbii ki, toplanış çərçivəsində yoxlama oyunları da nəzərdə tutulub. Türkiyəyə iyunun 20-25-i aralığında gedəcəyik”.

 

Mövsümün “Zirə” ilə keçirilən son matçından sonra istirahətə buraxılan kollektin iyunun 18-də bir araya gələcək. Bakıda toplaşacaq “İnter”in paytaxtda təxminən 1 həftə hazır keçəcəyi gözlənilir. Bundan sonra isə komanda qardaş ölkəyə yola düşərək, hazırlığın əsas mərhələsini orda keçəcək.

 

Qeyd edək ki, “İnter” UEFA-nın sanksiyası ilə üzləşdiyi üçün bu mövsüm avrokuboklardan kənarda qalacaq.

 

0