[b]Bakıya gəlmək üçün ilk mərhələni 3 yığma keçdi[/b]
23.05.2016 - 14:48
[b]Bakıya gəlmək üçün ilk mərhələni 3 yığma keçdi[/b]

Qadın voleybolçular arasında Avro-2017-nin I seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan matçlardan sonra final mərhələsi Bakı və Gürcüstanda keçiriləcək yarışda 3 komanda mərhələ adlayıb.

 

Belə ki, 8 yığma 2 qrupda mübarizə aparıb. Qrup liderləri Estoniya və Bosniya və Herseqovina, həmçinin ən yaxşı ikinci yerin sahibi Monteneqro II mərhələyə yüksəlib. Bu mərhələnin oyunları isə sentyabrda keçiriləcək.

 

Qeyd edək ki, Monteneqro Avropa Liqasında Azərbaycan millisinin rəqibidi.

0