[b]“4-5 il günahkar axtarırlar, axırda Qurbanı seçirlər”[/b]
24.05.2016 - 16:27
[b]“4-5 il günahkar axtarırlar, axırda Qurbanı seçirlər”[/b]

”Rəvan”a məğlubiyyəti 1-2 nəfər böyütdü. Təəssüf ki, bu komandaya, mənə şübhə ilə yanaşanlar var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının XXXV turunda “Qarabağ”ın “Rəvan”a uduzması birmənalı qarşılanmamışdı. Ağdam klubunun bu məğlubiyyəti müəyyən şübhələrə səbəb olmuşdu.

 

Buna aydınlıq gətirən Qurbanov onların günahlandırılmalarını dedektiv filmlə müqayisə edib: “Bizim öz proqramımız var. Çalışırıq söz-söhbətlərə fikir verməyək. Bu, yaxşı dedektiv filmə oxşadı. 4-5 il günahkar axtarırlar, axırda Qurbanı seçirlər. Bu gün bəzi fikirlərə önəm versək, gərək heç burda işləməyək. Burda əsas iş hakimlərdə və siz yazarlarda olur. Hakimlər kiminsə haqqına girməməyə çalışmalı, yazarlar da öz məqalələri ilə buna qarşı olmalıdılar”.

0