[b]“Xəzər Lənkəran”ın futbolçusu milliyə çağırıldı[/b]
24.05.2016 - 17:51
[b]“Xəzər Lənkəran”ın futbolçusu milliyə çağırıldı[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “İnter”in futbolçusu Abbas Hüseynov yığmanın heyətindən çıxarılıb.

 

Buna onun zədələnməsi səbəb olub. Bu üzdən də Abbas mayın 25-dən iyunun 5-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Onun əvəzinə hazırlıq prosesinə “Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdullazadə dəvət edilib.

 

Mənbə: affa.az

0