[b]“Qarabağ” mövsümü qızıl dublla başa vurdu - YENİLƏNİB[/b]
25.05.2016 - 22:30
[b]“Qarabağ” mövsümü qızıl dublla başa vurdu - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma ilə ölkəmizdə 2015/16 mövsümünə yekun vurulub.

 

Ardıcıl 3-cü dəfə Topaz Premyer Liqasını çempion kimi başa vuran “Qarabağ” “Neftçi” ilə oynayıb. Matçın əsas vaxtında qol olmayıb. Əsas maraqlı məqamlar isə əlavə olunmuş dəqiqələrdə yaşandı. Belə ki, ilk 15 dəqiqə də səssiz keçildikdən sonra ikinci əlavə vaxtın xüsusilə sonları xeyli həyəcanlı keçdi.

 

120-ci dəqiqədə "Qarabağ" Miçelin baş zərbəsi ilə hesabı açdı. Bundan bir dəqiqə sonra Erik Ramos rəqibə bilərəkdən zərbə endirərərək qırmızı vərəqə ilə cəzalandırıldı. Ağdamlıların say üstünlüyü cəmi bir dəqiqə çəkdi. Bu dəfə digər cənubi amerikalı Reynaldo Kamal Qurbanovun ayağına bilərəkdən təpik vurdu və bu da qısamüddətli qalmaqala səbəb oldu. Braziliyalı qırmızı vərəqə "payını" aldıqdan sonra görüş başa çatdı.

 

Qarabağ mövsümü qızıl dublla başa vurdu.

 

Azərbaycan kuboku

Final

25 may (çərşənbə)

 

“Qarabağ” – “Neftçi” - 1:0 (əlavə vaxt)

Qol: Miçel, 120+1

Qırmızı vərəqələr: Reynaldo, 120+2 - Ramos, 120+1

 

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Tofiq Bəhramov adına Respublika stadionu

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 67. Alharbi Eljadeuri, 91. Coşqun Diniyev, 99. Muarem Muarem

Baş məşqçi: Qurban Qurbanov

 

“Neftçi”: 1.Aqil Məmmədov, 26.Kamal Qurbanov, 4.Rahil Məmmədov, 95.Elvin Bədəlov, 3.Jairo, 27.Məqsəd İsayev, 15.Erik Ramos,17.Rəhman Hacıyev, 11.Ruslan Qurbanov, 8.Elşən Abdullayev, 7.Araz Abdullayev (k)

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 5. Melli, 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 20. Anyete, 41. Aqşin Qurbanlı

Baş məşqşi: Vəli Qasımov

0