[b]Emil Balayev “Ayntraxt”la rəsmən vidalaşdı [/b]
25.05.2016 - 09:56
[b]Emil Balayev “Ayntraxt”la rəsmən vidalaşdı [/b]

Bundesliqada qalmağı bacaran “Ayntraxt” klubunda 3 futbolçu ilə yolların ayrılacağı tam dəqiqləşib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, komandadan göndəriləcək oyunçuların sırasında Emil Balayevin də adı var.

 

Azərbaycanlı qapıçının frankfurtlulara lazım olmadığını klubun meneceri Bruno Hübner təsdiqləyib. O bildirib ki, digər oyunçuların da taleyinə yaxın günlərdə aydınlıq gələcək: “Niko Kovaç “Ayntraxt”a yeni nəfəs verdi, komandanı yüksək liqada saxlamağı bacardı. Mən bir məşqçi kimi ona güvənirəm. Artıq gələcəklə bağlı planlar qurmaq lazımdı. İlk qərar 3 futbolçu - Konstan Djakpa, Yannik Zummak və Emil Balayevlə bağlı qəbul edilib. Çox diqqətli olmalıyıq. Daha kimlərlə yolları ayırmağa, kimlərlə davam etməyə düşünüb qərar verməliyik”.

 

Makoto Hasebe və Enis Ben-Hatira ilə yeni müqavilə imzalamağa hazırlaşan “Ayntraxt” rəhbərliyinin Almaniya millisinin sabiq üzvü Miroslav Kloze ilə danışıq apardığı bildirilirdi. Lakin Hübner bu məlumatı təkzib edib: “Klozenin “Ayntraxt”a keçəcəyi ilə bağlı yayılan məlumatlar doğru deyil. Bu, həqiqəti əks etdirmir”.

 

Qeyd edək ki, Emil Balayev 2014-cü ildə “Ayntraxt”a transfer edilmişdi.

 

 

 

0