[b]Rövnəq Abdullayev: Nəticə oyuna görə oldu[/b]
25.05.2016 - 23:10
[b]Rövnəq Abdullayev: Nəticə oyuna görə oldu[/b]

“Oyun əla keçdi. Çox maraqlı idi. Bir az üstünlük “Qarabağ” tərəfdə idi, ancaq “Neftçi” də əla mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

 

Ölkə kubokunun final matçını izləyən və oyundan sonra komandaları mükafatlandıran prezident daha sonra “CBC Sport” kanalına qısa açıqlama verərək, fikirlərini bölüşüb: “Yaxşı epizodlar var idi. Düşünürəm ki, nəticə oyuna görə oldu. “Qarabağ”ı təbrik edirəm. “Neftçi” də Avrokuboklara vəsiqə qazanıb. Hər iki komandanın Avropa arenasında özlərini yaxşı göstərəcəklərinə inanıram”.

 

AFFA prezidenti başa çatan futbol mövsümünün nəticələri haqqında da danışıb: “Planlaşdırdığımız bütün məsələləri həll etdik. Əsas məqsədlərimiz uşaq futbolunun inkişafı, Premyer Liqanın keyfiyyətli təşkili idi. Bunlara da nail olduq. Avropada ötən mövsüm klublarımız yaxşı çıxış etdilər”.

0