“Milan”dan gedəcəklər bəllidir
26.05.2016 - 20:34
“Milan”dan gedəcəklər bəllidir

İtaliya çempionatında uğursuzluğa düçar olan “Milan”ı tərk edəcək futbolçular bəlli olub. Apasport.az saytının məlumatına görə, bu barədə klub prezidenti Silvio Berluskoni açıqlama verib.

 

O, Mario Balotellinin də komandanı tərk edəcəyini deyib: “Balotelli? Bu yay “Milan”ı çox futbolçu tərk edəcək, o cümlədən Mario da. Komandamızı Aleks, Filipp Mekses və Kevin-Prins Boatenq də tərk edəcək. Bir çoxunun müqaviləsi başa çatır. Bəzi futbolçuları isə transferə çıxaracağıq”.

 

Qeyd edək ki, Balotelli “Milan”da icarə əsasında çıxış edir. O, müqaviləylə “Liverpul”a məxsusdu. Marionun “Liverpul”la müqaviləsi 2018-ci ilə qədər nəzərdə tutulub.

0