[b]Yığma üzvü oynamadı, komandası qələbə qazandı[/b]
26.05.2016 - 20:40
[b]Yığma üzvü oynamadı, komandası qələbə qazandı[/b]

İspaniya Sequndasında 40-cı tur davam edir. Apasport.az saytının məlumatına görə, milli üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kordoba" səfərdə "Mirandes"lə qarşılaşıb.

 

Eddinin zədə səbəbindən meydana çıxmadığı oyun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, 40 oyundan sonra aktivində 61 xal olan "Kordoba" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

0