Gedəcəyi gözlənilən qapıçı “İnter”də qaldı
27.05.2016 - 02:02
Gedəcəyi gözlənilən qapıçı “İnter”də qaldı

İtaliya "İnter"i qapıçısı Samir Handanoviçlə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, sloveniyalı qolkiperlə 3 illik müqavilə imzalanıb.

 

2019-cu ilə qədər "İnter"in şərəfini qoruyacaq Handanoviç Milan təmsilçisində xoşbəxt olduğunu bildirib.

 

Onunla PSJ ciddi maraqlansa da, “çərçivə qoruyucusu” yekunda komandasında qalmağı seçib.

 

Qeyd edək ki, Handanoviç 2012-ci ildə "Udineze"dən "İnter"ə transfer olunub.

0