[b]“Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm”[/b]
27.05.2016 - 14:03
[b]“Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm”[/b]

“Təlim-məşq toplanışının əsas məqsədi yenilənmiş komandanın yığmaya uyğunlaşmasıdı. Klublarında mövsümü başa vuran oyunçular ilk növbədə milliyə konsentrasiya olmalıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniya millisinin baş məşqçisi İqor Anqelovski deyib.

 

Təcrübəli mütəxəssis Avstriyadakı təlim-məşq toplanışında Azərbaycanla mayın 29-da keçiriləcək yoxlama matçı öncəsi fikirlərini açıqlayıb: “Mən özüm də Azərbaycanla mayın 29-da keçiriləcək matçı səbirsizliklə gözləyirəm. Hamımız müsbət əhval-ruhiyyədə, nikbin fikirdəyik. Bizim komanda sadəcə futbol yığması deyil, daha artıqdı. Düzdü, son nəticələr yaxşı deyil. Buna baxmayaraq, düzgün yolda olduğumuz qənaətindəyik. Öz oyun üslubumuzun formalaşmasını istəyirik”.

 

 

0