[b]Avropanın "Real" gücü - YENİLƏNİB[/b]
29.05.2016 - 01:35
[b]Avropanın "Real" gücü - YENİLƏNİB[/b]

UEFA Çempionlar Liqasının final matçı keçirilib. Apasport.az saytının məlumatına görə, bununla da Avropada futbol mövsümünə rəsmən yekun vurulub.

 

Milanda keçirilən həlledici qarşılaşmada İspaniyanın 2 klubu – “Real” və “Atletiko” üz-üzə gəlib. “San Siro”da baş tutacaq Madrid derbisi gərgin mübarizəyə səhnə olub.

 

Hesabı "kral klubu" açıb. 14-cü dəqiqədə Serxio Ramos fərqlənib. İlk yarı bu hesabla bitsə də, ikinci hissədə Karrasko bərabərliyi təmin edib. BUndan sonra matçın normal vaxtında başqa qol olmayıb. Əlavə olunmuş dəqiqələrdə də "status-kvo" pozulmayınca, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac yaranıb. 

 

Hər iki komanda ilk 4 zərbənin dəqiq yerinə yetirib. "Atletiko"nun futbolçusu Xuanfran 5-ci zərbəni dirəyə, "Real"lı Ronaldo isə çərçivəyə nişan alıb. Bununla da bu mövsüm Avropanın ən güclüsü "Real" olub. 

 

Çempionlar Liqası

Final

28 may

 

“Real” (Madrid, İspaniya) – “Atletiko” (İspaniya) - 1:1 (5:4 - penaltilərdə)

Qollar: Serxio Ramos, 14 - Karrasko, 79

 

Baş hakim: Mark Klattenburq

Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Milan. “San Siro” stadionu

 

“Real”: Navas, Pepe, Ramos (k), Kroos,  Marselo, Karvaxal , Modriç, Kasemiro, Beyl, Ronaldo, Benzema

Ehtiyat oyunçular: Kasilya, Naço, Xames Rodriqes, Vaskez, Xese, İsko, Danilo

 

“Atletiko”: Oblak, Felipe Luis, Qodin, Koke, Qrizmann, Torres, Fernandes, Qabi (k), Saviç, Saul Niqes, Xuanfran

Ehtiyat oyunçular: Moya, Tiaqo, Korrea, Karrasko, Lukas Hernandes, Partey, Ximenes

0