[b]“Topaz” Azərbaycan – Makedoniya oyununun şanslısını açıqladı[/b]
28.05.2016 - 13:53
[b]“Topaz” Azərbaycan – Makedoniya oyununun şanslısını açıqladı[/b]

“Topaz” Azərbaycan – Makedoniya oyununun əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru Avstriyada baş tutacaq yoxlama matçında rəqibimizi şanslı sayır.

 

Belə ki, Robert Prosineçkinin yetirmələrinin qalib gəlməsi 3,35 əmsalla qiymətləndirildiyi halda, rəqibin qələbə qazanmasına 1,95 əmsal verilib. Görüşdə heç-heçə proqnozlaşdıranlar isə əmanətlərini 2,95 dəfə artıra biləcəklər.

 

Qeyd edək ki, qarşılaşma sabah saat 19:00-da başlayacaq.

0