[b]Avropa çempionatının “yüksək riskli” 5 oyunu müəyyənləşdi[/b]
30.05.2016 - 11:39
[b]Avropa çempionatının “yüksək riskli” 5 oyunu müəyyənləşdi[/b]

Fransa gələn ay ev sahibliyi edəcəyi Avropa çempionatının hazırlıqlarını davam etdirir. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, yerli hökuməti ən çox təhlükəsizlik məsələləri narahat edir.

 

“Daily Telegraph” qəzetinin məlumatına qeyd edilib ki, Fransadakı yarış öncəsi təhlükəsizlik qüvvələri tam şəkildə səfərbər olub. İyun ayında 100 min polis, əsgər və xüsusi təyinatlı dəstələr turnirdə təhlükəsizliyə nəzarət edəcək. Yarış boyu komandaların qalacağı otellərdə, stadionlarda, azarkeşlər üçün ayrılmış xüsusi ərazilərdə təhlükəsizlik işçiləri olacaq.

 

İngilislər Avropa çempionatının “yüksək riskli” adlandırılan 5 oyununu da müəyyənləşdiriblər. Xəbərdə aşağıdakı qarşılaşmalarda təhlükəsizlik qüvvələri daha diqqətli olmağa çağırılıb:

 

11 iyun. İngiltərə - Rusiya (Marsel şəhəri)

12 iyun. Türkiyə - Xorvatiya (Paris)

16 iyun. İngiltərə - Uels (Lans)

16 iyun. Almaniya - Polşa (Paris)

21 iyun. Ukrayna - Polşa (Marsel)

 

Qeyd edək ki, Avropa çempionatı 10 iyun – 10 iyul tarixlərində keçiriləcək.

0