[b]Azərbaycan futbolunda ikinci dəfə[/b]
01.06.2016 - 09:22
[b]Azərbaycan futbolunda ikinci dəfə[/b]

“Qarabağ”ın müdafiəçi Ansi Aqolli Azərbaycan futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, albaniyalı legioner ölkəmizdə çıxış etdiyi vaxt dünya və ya qitə çempionatının final mərhələsinə yollanan 2-ci futbolçu olacaq.

 

Belə ki, onun adı Fransada keçiriləcək Avropa çempionatında iştirak edəcək Albaniya yığmasının heyətinə daxil edilib. Bununla, Ansinin AÇ-yə yollanacağı dəqiqləşib.

 

Albaniyalı 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarını Avropanın ən nüfuzlu turnirində təmsil edəcək 1-ci oyunçu olacaq. Lakin ümumilikdə Aqolli qitə çempionatlarının 2-ci “azərbaycanlı”sıdı.

 

İlk belə futbolçu isə Narsis Yameoqo olub. Salyanın “Muğan” klubunda çıxış etmiş futbolçu 2010-cu ildə Afrika Millətlər Kubokunda Burkina-Faso yığmasının şərəfini qoruyub.

 

O, dünya və qitə çempionatlarının final mərhələlərindəki ilk təmsilçimiz kimi tarixə düşüb. Yameoqo Afrika çempionatının final mərhələsində keçirdiyi yeganə matçda 62 dəqiqə forma geyinib.

 

6 ildən sonra eyni uğuru Avropada gerçəkləşdirən Aqolli isə 2-ci olub.

 

Qeyd edək ki, müstəqillik əldə olunanadək dünya və qitə çempionatına yollanan Azərbaycan futbolçuları SSRİ-ni təmsil edib.

 

 

 

0