[b]AÇ-2016: İsveç yığmasında dəyişiklik edilmədi[/b]
01.06.2016 - 10:06
[b]AÇ-2016: İsveç yığmasında dəyişiklik edilmədi[/b]

AÇ-2016-nın final mərhələsində iştirak edəcək daha bir yığmanın yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, İsveç millisinin də “23-lüy”ü bəlli olub.

 

Baş məşqçi Erik Hamren açıqladığı ilkin heyətdə heç bir dəyişiklik etməyib. Təcrübəli məşqçinin Avropa çempionatına aparacağı heyətdə 20 futbolçu legioner həyatı yaşayanlardı.

 

Qeyd edək ki, İsveç yığması Avropa çempionatında İtaliya, İrlandiya və Belçika ilə birlikdə E qrupunda mübarizə aparacaq.

 

Qapıçılar: Andreas İsaksson (“Kasımpaşa”, Türkiyə), Robin Olsen (“Kopenhagen”, Danimarka), Patrik Karlqren (AİK)

Müdafiəçilər: Lüdviq Auqustinsson, Erik Yohansson (hər ikisi “Kopengahen”, Danimarka), Pontus Yansson (“Torino”, İtaliya), Viktor Lindelöf (“Benfika”, Portuqaliya) Andreas Qranqvist (“Krasnodar”, Rusiya), Mikael Lüstiq (“Seltik”, Şotlandiya), Martin Olsson (“Norviç”, İngiltərə)

Yarımmüdafiəçilər: Cimmi Durmaz (“Olimpiakos”, Yunanıstan), Albin Ekdal (“Hamburq”, Almaniya), Oskar Hilyemark (“Palermo”, İtaliya), Sebastian Larsson (“Sanderlend”, İngiltərə), Pontus Vernblum (MOİK, Rusiya), Erkan Zengin (“Trabzonspor”, Türkiyə), Oskar Leviçki (“Malmö”), Emil Forsberq (“Leyptsiq”, Almaniya), Kim Çöllstrem (“Qrasshoppers”, İsveçrə)

Hücumçular: Markus Berq (“Panatinaikos”, Yunanıstan), Con Quydetti (“Selta”, İspaniya), Zlatan İbrahimoviç (PSJ, Fransa), Emir Kuyoviç (“Norrköpinq”)

 

 

0