“Bakı barədə çox məlumatım yoxdu, lakin yeni şəhərlərə səyahət etməyi sevirəm”
09.06.2016 - 13:30
“Bakı barədə çox məlumatım yoxdu, lakin yeni şəhərlərə səyahət etməyi sevirəm”

“Sauber F1” komandasının üzvü Markus Eriksson Bakı Şəhər Halqasının Əməliyyat Komitəsinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, pilot iyunun 17-19-da Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisi haqda danışıb, azərbaycanlı azarkeşlərə mesaj yollayıb.

 

- Bakı Şəhər Halqasının sxemi haqqında nə deyə bilərsiniz? Simulyatorda test etmisinizmi?

- Deyə bilərəm ki, 6 km uzunluğunda olan Bakı treki çox uzundu, bundan əlavə Monako və Sinqapurdan sonra üçüncü şəhər treki olacaq. Simulyator olmadığından, Bakı Şəhər Halqasını test edə bilməmişik. Ona görə yarışdan öncə - iyunun 16-da trek boyu gəzinti bizim üçün böyük əhəmiyyət kəsb edir. 

- Bakı və Azərbaycan haqqında nə bilirsiniz?
- Düzünü desəm, çox məlumatım yoxdu, lakin yeni şəhərlərə səyahət etməyi çox sevirəm.

- Mövsümün başlanğıcını necə xarakterizə edərdiniz?
-
Bolidimiz “Sauber C35”i nəzərə alsaq, şəxsən öz çıxışımdan razıyam. Komandaya gəldikdə isə, rəqabətə daha davamlı olmağı və xal uğrunda mübarizə aparmağı istərdim. 

 

- Yeni trekə gəldikdən sonra ilk işiniz nə olur?
- Trek üzrə gəzintiyə çıxıram. 

- Sizcə, əsas rəqibiniz kimdi? 
- Ronni Peterson.

- Azərbaycanda olan pərəstişkarlarınıza nə demək istərdiniz? 
- Çox sevinirəm ki, “Formula 1”də yeni ölkə və yeni trekdə çıxış edəcəyik. Səbirsizliklə Bakıdakı yarışı gözləyirəm və ümid edirəm ki, bizi dəstəkləyən çox sayda pərəstişkar görəcəyik.

0