[b]AÇ-2016: Macarıstandan qələbə, Portuqaliya itki ilə başladı - YENİLƏNİB[/b]
15.06.2016 - 00:53
[b]AÇ-2016: Macarıstandan qələbə, Portuqaliya itki ilə başladı - YENİLƏNİB[/b]

Avropa çempionatında qrup mərhələsində ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu 4 komanda da turnirdə debüt edib.

 

İlk olaraq meydana Avstriya və Macarıstan milliləri çıxıblar. Qarşılaşmaya yaxşı başlayan macarlar bütün cəhdlərə baxmayaraq ilk hissədə hesabı aça bilməyiblər. İkinci hissədə daha da aktivləşən komanda Salai və Ştiberin qolları ilə 2:0 hesablı qələbə qazanıb. 

 

Qrupun digər matçında isə Portuqaliya və İslandiya yığmaları üz-üzə gəliblər. Demək olar ki, matçın tamamını hücumda keçirən portuqallar yarım saatın tamamında hesabı açıblar. Nani fərqlənib. Qoldan sonra da təzyiq davam etsə də, ilk hissə elə bu hesabla da bitib. İkinci hissəyə isə İslandiya qolla başlayıb. 50-ci dəqiqədə Byarnasson bərabərliyi gətirən qola imza atıb. Qalan dəqiqələrdə pireneylilər çox cəhd etsələr də, hesabı dəyişmək mümkün olmayıb.

 

Avropa çempionatı

Qrup mərhələsi

F qrupu

 

Portuqaliya - İslandiya - 1:1

Qollar: Nani, 31 - Byarnsson, 50
 

Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongün (hamısı Türkiyə)
Əlavə köməkçi hakimlər: Hüseyn Göçek, Barış Şimşək (hamısı Türkiyə)
Dördüncü hakim: Karlos del Kerro (İspaniya)
Sent-Etyen. "Joffrua Qişar" stadionu

 

Portuqaliya: 1. Rui Patrisio, 3. Pepe, 5. Rafael Gerrero, 6. Rikardo Karvalyo, 7. Kristiano Ronaldo, 8. Joa Moutinyo (16. Renato Sançes, 71), 10. Joa Mario (20. Rikardo Quaresma, 76), 11. Vierinya, 13. Danilo, 15. Andre Qomes, 17. Nani

Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 2. Bruno Alves, 4. Joze Fonte, 9. Eder, 14. Villiam Karvalyo, 18. Rafa Silva, 19. Eliseu, 21. Sedrik, 23. Adrien Silva

 

İslandiya: 1. Hanes Halldorson, 2. Birkir Severson, 6. Ranyar Siqurdson, 7. Yohan Qudmundsson (18. Elmar Byarnasson, 90), 8. Birkir Byarnsson, 9. Kolber Siqtorson (11. Alfred Finboqasson, 80), 10. Gilfi Siqurdson, 14. Kari Arnason, 15. Con Dadi Bödvarsson, 17. Aaron Qunnarson, 23. Ari Skulason

Ehtiyat oyunçular: 12. Öqmundur Kristinsson, 13. İnqvar Yonsson, 3. Hakur Heydar Hokson, 4. Hyörtur Hermansson, 5. Sverir İnqasson, 16. Run Mar Siquryansson, 19. Hordur Maqnusson, 20. Emil Hallfredson, 21. Arnor İnqvi Traustason, 22. Eydur Qudyonson

 

 

Avstriya - Macarıstan - 0:2

Qollar: Salai, 63, Ştiber, 87
 

Hakimlər: Kleman Turpen, Frederik Kano, Nikolas Danos (hamısı Fransa)
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Xesus Gil Manzano (İspaniya)
Bordo. "Bordo" stadionu.

 

Avstriya: 1. Robert Almer, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 5. Kristian Fuş, 7. Marko Arnautoviç, 8. David Alaba, 10. Zlatko Yunuzoviç (20. Marsel Şabitser, 59), 11. Martin Harnik (18. Alessandro Şöpf, 75), 14. Yulian Baumqartiner, 17. Florian Klayn, 21. Mark Yanko (9. Rubin Okotiye, 65)

Ehtiyat oyunçular: 12. Haynz Lindner, 23. Ramazan Özcan, 2. Györgi Qariçs, 6. Stefan İlsanker, 13. Markus Suttner, 15. Sebastyan Prödl, 16. Kevin Vimmer, 19. Lukas Hinterseer, 22. Yakob Yançer

 

Macarıstan: 1. Qabor Kirali, 2. Adam Lanq, 4. Tamas Kadar, 5. Atilla Fiola, 7. Balaş Cucak, 8. Adam Naqi, 9. Adam Salai (19. Tamas Prişkin, 69), 10. Zoltan Gera, 11. Kristian Nemet, 15. Laslo Klaynhaysler (18. Zoltan Stayber, 80), 20. Riçard Quzmiçs

Ehtiyat oyunçular: 12. Denes Dibuşz, 22. Peter Qulaşi, 3. Mihail Korhut, 6. Akoş Elek, 13. Daniel Böde, 14. Görge Lovrenisçis, 16. Adam Pinter, 17. Nemanya Nikoliç, 21. Barnabas Bese, 23. Roland Yuhaz

 

 

Komanda

O

Q

H

M

T/F

X

Macarıstan

1

1

0

0

2:0

3

İslandiya

1

0

1

0

1:1

1

Portuqaliya

1

0

1

0

1:1

1

Avstriya

1

0

0

1

0:2

0

0