[b]Bakıdakı Dünya Kubokuna 74 ölkə qatılacaq[/b]
15.06.2016 - 15:22
[b]Bakıdakı Dünya Kubokuna 74 ölkə qatılacaq[/b]

İyunun 22-də Bakıda start götürəcək atıcılıq üzrə Dünya Kubokuna qatılacaq ölkələrin və idmançıların sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda 7 gün davam edəcək yarışa 74 yığma qatılacaq.

 

Bu komandaların heyətində 608 snayperin hədəf önünə keçməsi gözlənilir. Onlar 15 dəst medal uğrunda dəqiqliklərini yoxlayacaqlar.

 

Qeyd edək ki, millimiz yarışa 23 idmançı ilə qatılacaq.

0