[b]Arda Turan mətbuat konfransını yarımçıq tərk etdi: Təhqir və təzyiq həddini aşdı [/b]
17.06.2016 - 16:04
[b]Arda Turan mətbuat konfransını yarımçıq tərk etdi: Təhqir və təzyiq həddini aşdı  [/b]

AÇ-2016-da İspaniya ilə oyundan öncə Türkiyə yığmasının mətbuat konfransında xoşagəlməz hal yaşanıb. Apasport.az saytı qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, “ay-ulduzlular”ın kapitanı Arda Turan mətbuat konfransını vaxtından əvvəl tərk edib.

 

Baş məşqçi Fatih Terimlə birlikdə mətbuat konfransına qatılan Arda son günlər yerli media tərəfindən kəskin tənqid olunmalarına etiraz edib.

 

“Barselona”nın formasını geyinən 29 yaşlı ulduz futbolçu narazılığını bildirib: “Təhqir və təzyiq həddini aşdı. Gənc komanda yoldaşlarıma bunları etmək haqsızlıqdı. Ölkəmdə və mətbuatda gördüyüm təhqirlər məni məyus edir. Bizə qarşı haqsızlıq edilir. Xorvatiya ilə oyunda üzərimizdə təzyiq hiss etdik. Turnir təcrübəsini yavaş-yavaş qazanırıq. İspaniya ilə matçda daha istəkli və arzulu olacağıq. Bu komandanı məğlub etməyimiz çox çətindi, amma qalib gəlsək, qrupdan çıxmaq baxımından böyük iş görmüş olacağıq. “Barselona”dakı komanda yoldaşlarım İnyesta, Buskets və Albanı çox istəyirəm. Lakin bu oyunda əlimdən gələni əsirgəməyəcəm. Nəyisə sübut etməyə ehtiyacım yoxdu. Avropa çempionatına qatılmağın özü bizim üçün uğurdu. Futbol mentalileti mənasında İspaniyanı bəyənirəm. Favoritlərim də İspaniya, Almaniya və ev sahibi Fransadı”.

 

Qeyd edək ki, Türkiyə yığması İspaniya ilə bu gün saat 23:00-da üz-üzə gələcək.

 

 

0