[b]AÇ-2016: “Bu, terrorizmdi” – Ante Çaçiç[/b]
17.06.2016 - 23:31
[b]AÇ-2016: “Bu, terrorizmdi” – Ante Çaçiç[/b]

“Bu hərəkətləri ancaq terrorizmlə müqayisə eləmək olar. İdman terrorizmidir bu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın baş məşqçisi Ante Çaçiç deyib.

 

AÇ-2016-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Çexiya ilə qarşılaşan (2:2) “şahmatçılar”ın baş məşqçisi meydana yanan məşəllər atan azarkeşləri qınayıb: “O insanlar azarkeş deyillər, onlara stadionda yer yoxdu. Bu gün baş verənlər məni çox incitdi. Hadisəni hazırlayanlar mütləq müəyyən edilməlidirlər. Fanatlarımızın 95 faizi bizi bütn Avropa biabır edən bu insanları qınayırlar”.

0