[b]AÇ-2016: İnyesta – ardıcıl ikinci dəfə[/b]
18.06.2016 - 01:19
[b]AÇ-2016: İnyesta – ardıcıl ikinci dəfə[/b]

AÇ-2016-nın qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutan İspaniya – Türkiyə matçının ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA-nın keçirdiyi sorğunun budəfəki qalibi Andreas İnyesta olub.

 

3:0 hesabı ilə “buğalar”ın qalib gəldiyi matçda 90 dəqiqə meydanda olan yarımmüdafiəçi qol vurmasa da, bütün qolların hazırlanmasında fəal iştirak edib.

 

Qeyd edək ki, “Barselona”nın üzvü ardıcıl ikinci oyuna matçın ən yaxşısı seçilib.

0