[b]“Formula-1”: Avropa Qran-prisinin açılış mərasimi - FOTOSESSİYA[/b]
19.06.2016 - 17:57
[b]“Formula-1”: Avropa Qran-prisinin açılış mərasimi - FOTOSESSİYA[/b]

Bakıda keçirilən “Formula-1” Avropa Qran-prisinin açılış mərasimi keçirlib. Apasport.az saytının məlumatına görə, mərasim Azərbaycan mədəniyyətini “Formula-1” dəyərləri ilə birləşdirib.

 

Tədbir 5 rəmz və model vasitəsilə davamlı əlaqə qurmaq üçün müəyyən sujet xətti üzərində birləşən 5 fəaliyyətdən ibarət olub. Pilotların 20 dəqiqəlik nəhəng paradında millətin yeni ruhu ilə birlikdə onun zəngin irsi nümayiş olunub. Paradın tam mərkəzində bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət yer alıb.

 

Paradın ardınca Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx (40) nəfərdən ibarət gənc kollektivi tərəfindən Dövlət Himni ifa olunub və bundan sonra “Formula-1” üzrə Avropa Qran-prisi başlayıb.

0