[b]Deşama çatdı, Sadıqova həsəd aparır – FOTO[/b]
20.06.2016 - 11:42
[b]Deşama çatdı, Sadıqova həsəd aparır – FOTO[/b]

AÇ-2016-nın final mərhələsində keçirilən Fransa – İsveçrə oyunu meydan sahiblərinin qapıçısı Uqo Loris üçün rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı qapıçı 54-cü dəfə meydana kapitan sarğısı ilə çıxıb.

 

O, bununla da Fransa yığmasının indiki baş məşqçisi Didye Deşama məxsus rekordu təkrarlayıb. Belə ki, sonuncu 54-dəfə “xoruzlar”ın kapitanı olub.

 

Maraqlıdı ki, Azərbaycan millisinin kapitanları arasında rekordçu fransızları çox arxada qoyub. Loris millimizin rekordçusu Rəşad Sadıqova yalnız həsəd apara bilər. Çünki 34 yaşlı müdafiəçimiz yığmanın 70 matçını kapitan kimi başlayıb.

 

0