[b]AÇ-2016: İlk dəfə dəyişdiriləcək - FOTO[/b]
21.06.2016 - 16:00
[b]AÇ-2016: İlk dəfə dəyişdiriləcək - FOTO[/b]

UEFA Fransada keçirilən Avropa çempionatında daha bir yenilik etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu topları dəyişmək qərarına gəlib.

 

İlk turdan bəri bir neçə futbolçunun narazılığına səbəb olan AÇ-2016-nın hazırkı toplarından qrup mərhələsindən sonra istifadə edilməyəcək. Bununla UEFA futbol tarixində ilk dəfə bir turnirdə topları dəyişmiş olacaq.

 

Növbəti mərhələlər üçün istifadəsi nəzərdə tutulan toplar artıq hazırdı.

0