[b]“Zirə” daha bir futbolçu ilə vidalaşdı[/b]
23.06.2016 - 15:06
[b]“Zirə” daha bir futbolçu ilə vidalaşdı[/b]

Topaz Premyer Liqasının 2015/2016 mövsümünü ikinci pillədə başa çatdıran “Zirə” klubu daha bir futbolçu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi İqor İvanoviçlə vidalaşıb.

 

Monteneqrolu yarımmüdafiəçi ilə yeni müqavilənin imzalanmasına ehtiyac duyulmayıb. Nəticədə “Zirə” ilə sözləşməsinin müddəti başa çatan İvanoviç Azərbaycanı tərk edib. 26 yaşlı xavbek yeni komanda axtarışına çıxıb.

 

Bu, “Zirə”də 12-ci ayrılıq olub. Belə ki, İvanoviçdən öncə Nicat Qurbanov, Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov, Nelson Bonilla, Rəşad Abdullayev, Ruslan Poladov, Çimezi Mbah, Dieqo Souza, Luis Alberto Diez və Viktor İbekoyi komandanı tərk edib.

 

Qeyd edək ki, “Zirə” yay fasiləsində heyətini Tural Cəlilov, Yamin Ağakərimzadə, Yasin Həmid, Murad Səttarlı və Cəmil Hacıyevlə gücləndirib.

 

0