[b]"Neftçi" xorvatiyalı qapıçı ilə müqavilə bağladı[/b]
23.06.2016 - 20:33
[b]"Neftçi" xorvatiyalı qapıçı ilə müqavilə bağladı[/b]

"Neftçi" növbəti transferini həyata keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt klubu bu dəfə qapı xəttini gücləndirib.

 

Belə ki, xorvatiyalı qapıçı Krşevan Santini ölkəmizi Avropa Liqasında təmsil edəcək komanda ilə müqavilə bağlayıb.

 

Qeyd edək ki, peşəkar karyerasına Xorvatiyanın "Zadar” klubunda başlamış qapıçı daha sonra "Seqesta”, "Moslavina”, "İnter” (Zapreşiç) kimi klubların formasını geyinib. 2013-2015-cı illərdə Ukraynada legioner həyatı yaşamış Santini "Zarya”nın şərəfini qoruyub. Krşevan Santini son olaraq Kiprin "Enosis” klubunda çıxış edib.

 

0