[b]“Qarabağ”ın futbolçusuna paytaxtın açarı verildi[/b]
24.06.2016 - 12:28
[b]“Qarabağ”ın futbolçusuna paytaxtın açarı verildi[/b]

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli açarla təltif edilib. Apasport.az saytı xəbər verir ki, söhbət mənzil və ya avtomobil açarından getmir.

 

Belə ki, ölkənin futbol federasiyası AÇ-2016-nın final mərhələsindəki əzmkar çıxışına görə, yığma üzvlərinə pul mükafatı verməklə kifayətlənib. Nəticədə Aqolli də daxil olmaqla, milinin hər bir üzvünə Albaniyanın paytaxtı Tirananın simvolik açarı təqdim edilib. 

 

Bundan əlavə, Avropa çempionatına aparılmış futbolçuların adları milli stadionun girişində yazılacaq.

 

Qeyd edək ki, Fransadan ölkəyə qayıdan komandanı minlərlə azarkeş qarşılayıb.

 

0