[b]AÇ-2016: Meydan sahibləri üçün Nikola Ritsoli[/b]
24.06.2016 - 14:21
[b]AÇ-2016: Meydan sahibləri üçün Nikola Ritsoli[/b]

Fransada təşkil edilən Avropa çempionatında növbəti təyinatlar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin daha 3 qarşılaşmasının hakimləri açıqlanıb.

 

Ev sahibi Fransanın İrlandiya ilə mübarizəsini təcrübəli italiyalı Nikola Ritsoli idarə edəcək. Turnirin favoritlərindən olan Almaniyanın Slovakiya ilə qarşılaşmasında isə polşalı Şimon Marçinyak ədalət təmsilçisi olacaq.

 

İyunun 26-dakı son qarşılaşmada isə Macarıstanla Belçika üz-üzə gələcək və bu görüşdə serbiyalı referi Milorad Maziç fit çalacaq.

 

 

Avropa çempionatı - 2016

1/8 final mərhələsi

 

26 iyun

17:00. Fransa - İrlandiya

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)

Ehtiyat yan xətt hakimi: Vitali Malutşin (Belarus)

Hakim-inspektor: Bo Karlsson (İsveç)

UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)

Lion. Şəhər stadionu

 

20:00. Almaniya - Slovakiya

Baş hakim: Şimon Marçinyak

Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviç

Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial (hamısı Polşa)

Dördüncü hakim: Byörn Kuypers (Hollandiya)

Ehtiyat yan xətt hakimi: Ervin Zeinstra (Hollandiya)

Hakim-inspektor: Devid Ellari (İngiltərə)

UEFA nümayəndəsi: Adonis Prokopyu (Kipr)

Lill. “Pyerr Morua” stadionu

 

23:00. Macarıstan – Belçika

Baş hakim: Milorad Maziç

Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç

Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)

Dördüncü hakim: Yonas Eriksson (İsveç)

Ehtiyat yan xətt hakimi: Daniel Varnmark (İsveç)

Hakim-inspektor: Yap Ulenberq (Hollandiya)

UEFA nümayəndəsi: Ales Savrl (Sloveniya)

Tuluza. Şəhər stadionu

 

0