[b]Əvvəl “Neftçi”, sonra “Qarabağ”, indi də “Qəbələ”nin oyununa təyinat aldı[/b]
24.06.2016 - 18:21
[b]Əvvəl “Neftçi”, sonra “Qarabağ”, indi də “Qəbələ”nin oyununa təyinat aldı[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” – “Samtredia” oyununu idarə edəcək belaruslu Denis Şerbakov Azərbaycan klublarına tanış hakimdi. Apasport.az saytının məlumatına görə, 38 yaşlı hakim bu vaxta qədər 2 dəfə avrokubokdakı təmsilçilərimizlə qarşılaşıb.

 

2012-ci ildən beynəlxalq dərəcəyə malik olan Şerbakov 2014-cü il, iyulun 17-də keçirilən “Neftçi” – “Koper” matçını idarə edib. Baş hakim funksiyasını yerinə yetirmiş belaruslunun həmin il Azərbaycan klubu ilə yenə yolu kəsişib.

 

Beynəlxalq karyerasına 2012/13 mövsümündən başlayan Şerbakov Avropa Liqasının 2014-2015 mövsümündə İtaliyada keçirilmiş “İnter” – “Qarabağ” oyununa da təyinat alıb. Ağdam klubunun 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşmış qarşılaşmada o, əlavə köməkçi hakim funksiyasını yerinə yetirib.

 

Həmin il Qazaxıstan “Astana”sının Ermənistan “Pünik”i üzərində qələbəsində iştirak edən referi meydana 4-cü hakim kimi çıxıb. İyulun 10-dakı bu matçın hakim-inspektoru isə həmyerlimiz Asim Xudiyev olub.

 

 

 

0