[b]7 ilin FİFA referisi - Aleksandr Qauzer[/b]
24.06.2016 - 18:54
[b]7 ilin FİFA referisi - Aleksandr Qauzer[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Kəpəz” – “Daçiya” oyununun hakimi Aleksandr Qauzerin bu vaxta qədər yolu Azərbaycan komandaları ilə kəsişməyib. Apasport.az saytının məlumatına görə, 41 yaşlı qazaxıstanlı 2009-cu ildən FİFA referisi statusunu daşıyır.

 

Qauzerin hələlik idarə etdiyi sonuncu qarşılaşma dünən keçirilmiş “Kayrat” – “Astana” matçı (1:0) olub. Qazaxıstan çempionatının 18-ci turu çərçivəsində baş tutmuş bu matçda o, əsas hakim olub. Qauzer ölkə çempionatının cari mövsümündə ümumilikdə 3 oyuna təyinat alıb.

 

Referi Avropa Liqasının ötən mövsümündə “Atromitos” (Peristeli) – AİK (Stokholm) və “Şaxtyor” (Soliqorsk) – “Qlenavon” (Lurqan) matçlarını idarə edib.  

 

Qeyd edək ki, “Kəpəz” – “Daçiya” görüşü iyunun 28-də “Dalğa Arena”da keçiriləcək

 

0