[b]“Qarabağ”ın son rəqibi də bəlli oldu[/b]
24.06.2016 - 23:02
[b]“Qarabağ”ın son rəqibi də bəlli oldu[/b]

"Qarabağ"ın Avstriyada yoxlama oyunu keçirəcəyi növbəti rəqibinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Albaniyanın ən titullu komandalarından olan son çempion "Şkenderbeu" ilə qarşılaşacaq.

 

Görüş iyulun 1-də baş tutacaq. Qarşılaşma yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.

 

Xatırladaq ki, ağdamlılar ilk yoxlama oyununu sabah yerli "Wacker İnsbruck"a, ikinci sınaq matçını isə iyunun 28-i dördqat Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək.

 

(klub saytı)

0