[b]“Həmişə bunu arzulamışam” – Qaret Beyl[/b]
25.06.2016 - 10:30
[b]“Həmişə bunu arzulamışam” – Qaret Beyl[/b]

“Uels yığmasının heyətində böyük turnirdə iştirak etməyi həmişə arzulamışam. Bu, möhtəşəm hissdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Uels millisinin ulduz futbolçusu Qaret Beyl deyib.

 

AÇ-2016-da qrup mərhələsindən üzüağ çıxan britaniyalılar bu gün növbəti sınaqlarına çıxacaqlar. 1/8 finalda Şimali İrlandiya ilə keçiriləcək matçdan öncə Beyl xarici mətbuata açıqlama verib.

 

O bildirib ki, AÇ-də daha da irəliləmək arzusundadılar: “Hələ ki, Avropa çempionatı gözlədiyimiz kimi keçir. Ümid edirik ki, daha da irəli gedə biləcəyik. Azarkeşlərimizin dəstəyi məni yaxşı mənada təəccübləndirdi. Həm stadionlarda, həm də ondan kənarda uelsli fanatları eşitmək olur. Hər birinə minnətdaram. İnanıram ki, azarkeşlərə yenə sevinc bəxş edəcəyik”.

 

Qeyd edək ki, Uels – Şimali İrlandiya matçı Bakı vaxtı ilə 20:00-da start götürəcək.  

0