[b]Lyorente İtaliyaya qayıdır[/b]
25.06.2016 - 16:00
[b]Lyorente İtaliyaya qayıdır[/b]

“Sevilya”nın hücumçusu Fernando Lyorente karyerasını yenidən İtaliyada davam etdirməyə çox yaxındı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı forvard “Latsio” ilə, demək olar ki, razılığa gəlib.

 

Lyorentenin sabiq məşqçisi Marselo Byelsanın paytaxt klubunun “sükanı arxası”na keçəcəyi bildirilir. Məhz bu səbəbdən İspaniya yığmasının sabiq üzvü Roma təmsilçisinə keçməyə razılaşıb.

 

Yeganə müəmmalı məsələ maaşla bağlıdı. Belə ki, Lyorente “Sevilya”da ilinə təxminən 4 milyon avro qazanır. “Latsio” isə “Yuventus”un keçmiş üzvünə mövsümlük 2,5 milyon avro məvacib olmaqla, 3 illik sözləşmə təklif edib.

 

 

0