[b]Amerika Kuboku: Çili yenə Argentinanı məğlub edib, çempion oldu[/b]
27.06.2016 - 10:07
[b]Amerika Kuboku: Çili yenə Argentinanı məğlub edib, çempion oldu[/b]

ABŞ-da keçirilən Amerika Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, finalda Argentina ilə Çili yığmaları üz-üzə gəliblər.

 

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. “Lotereya”da isə çilili futbolçular daha dəqiq olublar. Onlar 4:2 hesabı ilə qələbə qazanıblar. Bununla da Çili millisi ardıcıl 2-ci dəfə finalda rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Argentinanın heyətində Lionel Messi və Lukas Bilya penaltini qola çevirə bilməyiblər.

 

 

 

Amerika Kuboku-2016

Final

 

Argentina – Çili – 0:0, pen. 2:4

Qırmızı vərəqələr: Markos Roho, 43 – Marselo Dias, 28

 

Qeyd edək ki, yarışın bürünc mükafatını ABŞ-a qalib gələn Kolumbiya qazanıb.

 

0