Argentina millisinin futbolçusu Lionel Messi yığma karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, bunu 29 yaşlı hücumçunun özü Amerika Kubokunun finalında Çili yığmasına məğlubiyyətdən sonra açıqlayıb.
Belə ki, ABŞ-da keçirilən yarışda Argentina rəqibinə penaltilər seriyasında 2:4 hesabı ilə uduzub. Lukas Bilya ilə yanaşı, Messi də qapını dəqiq nişan ala bilməyib.
“Barselona”nın ulduzu görüşdən sonra bildirib ki, Argentina millisində hər şey onun üçün bitdi: “Bu, öz qərarımdı. Həmişə Argentinanın çempion olması üçün əlimdən gələni etdim. Amma lazım olanı bacarmadım. Anladım ki, mənim üçün deyil, bu işdə faydalı ola bilmirəm. Oynadığım 4 finaldan 3-də ardıcıl məğlub oldum. Milli komandada gələcək karyeramı görmürəm”.
Qeyd edək ki, Argentina yığmasında 80 oyun keçirən Messi 55 qola imza atıb.