[b]AÇ-2016: İngiltərənin qənimi oldu, ən yaxşı seçildi[/b]
28.06.2016 - 10:29
[b]AÇ-2016: İngiltərənin qənimi oldu, ən yaxşı seçildi[/b]

Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İngiltərə ilə qarşılaşan İslandiya millisi sensasiyalı şəkildə 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Apasport.az saytının məlumatına görə, mərhələnin son görüşünün ən yaxşısı da bəlli olub.

 

UEFA-nın saytı vasitəsilə azarkeşlər arasında keçirdiyi sorğunun nəticəsinə görə, islandların müdafiəçisi Ranyar Siqurdsson ən yaxşı oyunçu hesab olunub.

 

Matçı əvəz edilmədən keçirən təcrübəli futbolçu 6-cı dəqiqədə bərabərlik qolunu vuraraq, komandasının tarixi uğuruna töhfə verib. Oyun boyu müdafiədə etibarlı oynaması onun mükafatla təltif edilməsinə səbəb olub.

0