[b]“Daçiya” “Kəpəz”lə oyuna təxribatla çıxır[/b]
28.06.2016 - 10:36
[b]“Daçiya” “Kəpəz”lə oyuna təxribatla çıxır[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Kəpəz”in qonağı olacaq Moldovanın “Daçiya” klubu saytında siyasi səhvə yol verib. Apasport.az xəbər verir ki, Kişinyov təmsilçisi oyunöncəsi dünən keçirilən açıq məşqdən sonra bununla bağlı saytında məlumat yerləşdirib.

 

Məlumatda qarşılaşmanın keçiriləcəyi “Dalğa Arena”nın paytaxtdan 34 km aralıda yerləşdiyi bildirilməklə yanaşı, ölkəmizə qarşı təxribata da əl atılıb. Belə ki, stadionun yerləşdiyi Mərdəkan qəsəbəsinin adının erməni əsilli olduğu və Makrudyan adından yarandığı qeyd olunub.  

 

Bununla yanaşı, Mərdəkanda ermənilərin yaşamadığı vurğulanıb. Mərdəkan tatların yaşadığı məkan kimi qeyd olunub. Həmçinin, “Kəpəz”in adı saytda yerləşdirilən afişada “Gəncə” olaraq göstərilib. 


“Kəpəz” buna artıq rəsmi münasibət də bildirib. Klubun rəsmi saytında moldovalıların Mərdəkan adı ilə bağlı təhrifə yol verdiklərini vurğulanıb. Qəsəbə erməniəsilli məkan adı kimi təqdim olunduğundan, Gəncə təmsilçisi qarşı tərəfə narazılıq məktubu göndərilib.

0