[b]Ermənistan yığması Bakıya gəlməyəcək?[/b]
28.06.2016 - 13:47
[b]Ermənistan yığması Bakıya gəlməyəcək?[/b]

Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə bağlı hələlik yekun qərar verməyib. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mikael Andreasyan açıqlama verib.

 

Bununla bağlı müzakirələrin getdiyini və bu səbəbdən sifariş ərizəsini göndərməyə tələsmədiklərini deyən Andreasyanın sözlərinə görə, hər şey yekun qərardan asılı olacaq: “Biz iyulun 30-dək iştirakımızı təsdiqləyə bilərik. Ola bilsin, bu gün də qərar verilsin”.

 

Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan isə bir müddət öncə Bakıya gəlib-gəlməyəcəklərini şahmatçıların son durumundan asılı olacağını vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan tərəfi sentyabrın 1-14-də paytaxtımızda keçiriləcək Olimpiadada ermənilərin təhlükəsizliyi ilə bağlı təminat verib. 

0