[b]“Hava limanından partlayışdan öncə çıxmışdıq” – yığmamızın məşqçisi[/b]
29.06.2016 - 11:53
[b]“Hava limanından partlayışdan öncə çıxmışdıq” – yığmamızın məşqçisi[/b]

“Biz oteldə yerləşmişik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Onat Kurt deyib.

 

O bildirib ki, Avropa Liqasının finalı üçün Slovakiyaya yollanan Azərbaycan yığması təhlükəyə məruz qalmayıb. Kurtun sözlərinə görə, İstanbulda baş verən terrordan bir neçə saat öncə Atatürk adına Hava Limanını tərk edib: “Hazırda hansısa çətinliyimiz yoxdu. Hava limanından bir neçə saat öncə çıxmışdıq. Partlayışdan uzaqdaydıq və heç bir problemimiz yoxdu”.

 

Qeyd edək ki, dünən Bakıdan Türkiyəyə yollanan komandamız İstanbuldan Slovakiyaya getməli idi. Lakin burada terror millimizin səfərini qeyri-müəyyən vaxta kimi təxirə salıb. Yığmamızın Slovakiya ilə ilk oyunu isə sabah keçirilməlidi.  

 

 

 

0