[b]“Kağız üzərində Azərbaycan favoritdi” - FOTO[/b]
29.06.2016 - 12:17
[b]“Kağız üzərində Azərbaycan favoritdi” - FOTO[/b]

“Kağız üzərində Azərbaycan favoritdi. Biz bunu bilirik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Marek Royko deyib.

 

Təcrübəli mütəxəssis Avropa Liqasının final mərhələsi öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, komandası sabah Nitrada baş tutacaq qarşılaşmada yalnız qələbəyə köklənib: “Son aylardakı yüklənməyə baxmayaraq, yaxşı oynayırıq. Komandamızda müsbət əhval-ruhiyyə var. Bu çox vacibdi. Biz də daha şövqlə hərəkətə keçmişik”.

 

Qeyd edək ki, İstanbulda baş verən terror səbəbindən Azərbaycan yığması hələ də Türkiyədədi. Komandamız bu gün Slovakiyaya yollana bilməsə, matçın ertələnməsi və ya başqa tarixə keçirilməsi istisna deyil.  

0